16 saylı Yasamal II seçki dairəsinin 27 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.
Məntəqənin sədri Malik Heydərov Teleqraf.com-a açıqlamasında bildirib ki, burada 1414 nəfər seçici səs verəcək: "Məntəqəmiz saat 8-dən açılıb və səsvermə davam edir. İki dövlətdən xarici müşahidəçilər prosesi müşahidə edir. Yerli müşahidəçilər də iştirak edir və onlar ayrı-ayrı siyasi partiyaları təmsil edirlər. Hələ ki, 35 nəfər səsvermədə iştirak edib. 1000 nəfər seçicimizin iştirak edəcəyini gözləyirəm".
Rəqsanə