30 Sentyabr 2016 13:53
3 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin payız sessiyasının ilk iclasında çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib.

Teleqraf.com-un məlumatına görə, deputat deyib: “Bu adamların sayı o qədər də çox deyil. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onlar üçün bu vəsaiti ödəmək çox çətindir. Bir neçə gün əvvəl görmə qabiliyyəti olmayan, ali məktəblərdə oxuyan bir neçə 1-ci qrup əlil gəncimizlə görüşdük. Təhsil haqqını ödəməkdə çətinlik çəkirlər və çox ağır vəziyyətdə qalıblar. Ona görə də bu məsələyə aydınlıq gətirilməlidir və universitetlərdə onların təhsil haqlarından azad edilməsi məsələsinə mütləq baxılmalı və məsələ öz həllini tapmalıdır. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər