Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.
“Report”un xəbərinə görə, Landau küçəsindəki evlərdən birində yaşayan 52 yaşlı Arif Quliyev özünü yataq otağında asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, istintaq aparılır.
Arif Quliyev “Səbət” marketlər şəbəkəsinin marketlərindən birində direktor müavini vəzifəsində çalışıb.