2 Noyabr 2016 10:36
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Məclisdə psixoloji yardımı haqqında qanun layihəsinin müzakirə edilməsi çox vacib, düzgün addımdır”.

Bunu APA-ya Səhiyyə Nazirliyinin baş psixiatrı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.

Gəray Gəraybəyli psixologiyanın çox mürəkkəb və incə sahə olduğunu qeyd edib, bir sözün insan psixologiyasına çox ağır zərbə vura bildiyini deyib: “Psixologiya son illər dünyada dəbdə olan istiqamətdədir. Müəyyən insanlar onu kommersiya, pul qazanmaq üçün istifadə edirlər. Əgər insana hansısa səhv dərman verilərsə, onu sonradan müəyyən etmək olur. Ancaq psixoloqun səhvini tutmaq mümkün deyil.

İnsanlar elə bilirlər ki, kiminləsə danışmaq, həyatı barədə sual vermək psixoloji problemin həll edilməsi deməkdir. Xeyr, elə deyil. Ona görə də mən bu qanuna böyük ümid bəsləyirəm. Çünki yeni qanun bir çox məsələləri rəsmiləşdirməlidir.

Psixoloqun təhsili olmalıdır, hansısa digər ixtisası qurtarmaq, 3 aylıq kurs keçəndən sonra psixoloq olmaq, ofis açmaq, 3-5 dəfə televiziyada çıxış edərək özünü reklam etmək psixoloji yardım deyil. Ona görə də psixoloji yardım da dövlət nəzarətində olmalıdır”.


Müəllif:

Oxşar xəbərlər