Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edəcək.
Teleqraf.com-un məlumatına görə, görüş noyabr ayının 26-da saat 10:00-da Sumqayıt şəhər Polis İdarəsində olacaq.
Qəbulda Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.