17 Noyabr 2016 01:34
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Lətafət Ələkbərova iki gün öncə itirdiyi anası Nəzarət xanım haqqında yazıb.

Teleqraf.com xəbər verir ki, Lətafət Ələkbərova anası haqqında sosial şəbəkədə qızına nənəsinin ölümünü demədiyini açıqlayıb:

"Hər birinizə bu acı günümdə yanımda olduğunuz üçün minnətdaram. Allah ölənlərinizə rəhmət eləsin. Mənim gözəl, enerjili, sağlam, həyat dolu, heç kimlə işi olmayan, hər kəsə yaxşılıq arzu edən mələk anam! Həmişə onu yaxşı insan olduğuna görə danlayırdıq. Xəbərim olmadan göz əməliyyatına getdi və aramızdan uçub getdin. Mən bu acıya bilmirəm necə dözəcəm? Mənimlə görüşmədi. Bilmirəm bu yaşadığım nədir? Xəstə yatmadı, ağır xəstəliyi yox idi. Sənsizlikdən ürəyim parçalanır. Bilmirəm bu qismətdir, yoxsa həkimin səhvi. Amma onu bilirəm ki, iki dünya bir olsa da qayıtmayacaqsan. Rənanı böyüdüm, yerbəyer edim yanına gələcəm. Çünki mən heç vaxt qadın kimi xoşbəxt ola bilmədim. Amma mən indi qızıma lazımam. Sən məni yarım qoydun, amma mən qızım üçün çətin də olsa üzünə gülümsəyəcəm. Amma heç vaxt ürəkdən gülüb sevinməyəcəm. Onların nurunu özünlə apardın getdin. 63 yaşlı gözəl, mehriban anam, Allah yaxşıları yanına tez aparır. Bu həyat boşdur, amansızdır. Sən bu dünyalıq deyilmişsən. Amma məni yarı yolda qoyub getməyə haqqın yox idi. Rənaya bu dünyadan köçüb getdiyini deyə bilmədim. Elə bilir ki, xəstəxanadasan. Deyir ki, nənəm sağalıb gəlib bizdə qalacaq. Neynədin mama neynədin?".

Lətafət Ələkbərli Nicat Cəfərovla ailəli olub. Bir qızı var.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər