“Bu gün uşaqlar arasında şəkərli diabet xəstəliyi daha geniş yayılmış xəstəliklər sırasına daxildir”
Teleqraf.com xəbər verir ki, bunu pediatr-allerqoloq, professor Amaliya Eyyubova Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının da Tibbi Şuranın iclasında deyib.
Onun sözlərinə görə, 2016-cı ildə Klinikaya qəbul edilən uşaqların sayında artım olub: “Ötən il daha çox oğlan uşaqları xəstələnib. Bu gün uşaqlar arasında şəkərli diabet xəstəliyi daha geniş yayılmış xəstəliklər sırasına daxildir. Bu xəstəlik daha çox qəbul edilən uşaqların 8-10 yaş arasında rast gəlinib”.
Klinikanın şöbə müdiri Kəmalə Ağayeva qeyd edib ki, 2013-2016-cı illəri müqayisə etdikdə xəstə qəbulunda ən yüksək göstəricinin 2014-cü ildə müşahidə edilib: “Daha çox pulmonoloji xəstələr qəbul edilib”.
İlhamə ƏBÜLFƏT