Coca-Colanın Şimali İrlandiyadakı bir fabrikində kola qutusunun içindən nəcis tapılıb. Bundan dərhal sonra fabrikdə istehsal dayandırılıb və şirkət baş verən hadisəyə dair açıqlama yayıb.
Teleqraf.com Türkiyənin hurriyet.com.tr saytına istinadən xəbər verir ki, hadisə Şimali İrlandiyanın Lisburn şəhərində yerləşən Coca-Colanın fabrikində baş verib.
Coca-Cola şirkətindən verilən açıqlamada haqqında danışılan Coca-Cola qutularının hamısının toplandığı qeyd edilib. Şirkət satışda olan heç bir məhsulun bu hadisədən təsirlənmədiyini və bunun tək bir hadisə olduğunu elan edib.
Belfsat Telegraph qəzetində gedən xəbərdə də bu hadisəyə geniş yer verilib.
Coco-Colanın sözçüsü şirkətin Knockmore Hill fabrikində boş tənəkə qutuları ilə bağlı hadisədən xəbərdar olduqlarını söyləyib. O, deyib ki, şirkət bu mövzunu həddən artıq ciddi qəbul edir və Şimali İrlandiya polis ilə əməkdaşlıq halında əhatəli bir istintaq prosesi aparılır.
Tənəkə qutularının Linsburn şəhərindəki fabrikə Almaniyadan gətirildiyi bildirilir.
Cavad