Sabah saat Bakıda Frankofoniya həftələrinin açılışı olacaq.
Teleqraf.com xəbər verir ki, aprelin 1-dən 22-dək Belçika, Misir, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Meksika, Rumıniya və İsveçrənin Azərbaycandakı səfirlikləri bir araya gələrək fransız dili və Frankofoniya bayramını qeyd edəcəklər.
Beynəlxalq Frankofoniya Təşkilatının üzv və müşahidəçi ölkələrinin səfirlikləri Frankofoniya həftələri ərzində Bakıda çoxsaylı mədəni tədbirlər təklif edəcəklər.
Frankofoniya həftələri cümə axşamı, martın 30-da saat 16.00-da “Landmark” otelində Bakı Jazz Clubda 10 iştirakçı ölkənin səfirləri tərəfindən mətbuat konfransının keçirilməsi ilə başlayacaq. Bu münasibətlə, konfransda iştirak edəcək səfirlər öz ölkələrinin siyasi Frankofoniyadakı öhdəlikləri, həmçinin Frankofoniya həftələri proqramında əlamətdar olacaq tədbirlər barəsində jurnalistlərin suallarını cavablandıracaqlar.
Beynəlxalq Frankofoniya Təşkilatı fransız dilini və ümumi dəyərləri bölüşən 84 dövlət və hökumətlərdən (58 üzv və 26 müşahidəçi ölkə) ibarət təşkilatdır.
Nərgiz