7 Aprel 2017 12:51
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası Rusiya Prezidenti yanında İctimai Palataya bu gün müraciət edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirib.

A.Quliyev deyib ki, müraciət Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı olacaq:

“Qanunvericiliyə görə, Rusiya Prezidenti yanında İctimai Palata ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinə yardım edir. Bu təşkilatda vəzifəli şəxslər təmsil olunur. Hesab edirəm ki, həmin şəxslər nüfuzundan istifadə edib məsələnin ədalətli həllinə təsir göstərəcək”.

Nemət


Müəllif:

Oxşar xəbərlər