25 Aprel 2017 14:24
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Valyuta tənzimi haqqında” qanuna dəyişiklikdə təklif edilən girov məsələsini iki icra orqanı öz aralarında müəyyənlışdirə bilmir".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bügünkü iclasında deputat Yevda Abramov deyib.

O qeyd edib ki, valyuta dəyişmə məntəqələrinin sayını azaltmaq lazımdır: "Amma 6000 insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdirlər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir gətirsinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Novxanı, Bilgəh və Primorskidə öz villarında yaşayan şəxslər qəza xidməti maşınlarında çemodanlarla valyuta dəyişirdilər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edərdi və bu da büdcəyə xeyir gətirərdi. Babalarımızın, nənələrizin “sandıq pulu”u vardı. İndi xalq çaşıb qalıb. Bilmirlər ki, pulu hansı valyutada saxlasınlar. Əslində bizi fırladırlar, xalqı fırladırlar. Qoyun, bir düzəngaha, azadlığa çıxaq. Cənab Prezident İlham Əliyev gecə-gündüz işləyir. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur. Ona görə də mən bu qanuna ikiəlli səs verəcəm”.

Cavad


Müəllif:

Oxşar xəbərlər