Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı 1997-ci il 11 iyul tarixli 77 nömrəli qərarla təsdiq edilmiş “İxtisasartırma və kadrların yenidən hazırlanması müəssisələrinin nümunəvi Əsasnaməsi”ndə dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, tədris müəssisələrində elmi-tədqiqat işlərinin aparılması əsasnamədən çıxarılıb.
Bundan başqa, tədris müəssisələri professor-müəllim heyətinin hüquq və vәzifәlәri azaldılıb. Belə ki, yeni qərarla professor-müəllim heyətinin əsas iş yerində və ya elmi-tədqiqat, layihə-konstruktor və digər təşkilatlarda müəyyən edilmiş qaydada elmi iş aparmaq, elmi tədqiqatlar aparmaq, onların nəticələrinin istehsalatda tətbiqində iştirak etmək, əldə edilmiş elmi nailiyyətlərdən tədris prosesində istifadə etmək kimi hüquq və vəzifələri ləğv edilib.
Əsasnamədə tədris müəssisələrinin fəaliyyət dairələrinin əsas istiqamətləri ilə bağlı edilən yeni dəyişikliyə əsasən, tədris müəssisələri müәyyәn olunmuş qaydada təlim-tərbiyə, elmi-metodik işlərinin daha da yaxşılaşdırılması üzrə təkliflər hazırlayır və zəruri hallarda onları baxılmaq üçün yuxan orqanlara təqdim edir. İndiyədək isə müəssisələr həm də elmi-tədqiqat işləri üzrə üzrə təkliflər hazırlayaraq onları baxılmaq üçün yuxan orqanlara təqdim edə bilirdilər.