6 May 2017 20:58
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Janna Conson Vaşinqtonda Sakit okeanın sahilində yaşayır. Burada sahil xətti 600 mil uzanır. 300 ildən artıqdır ki, bu ərazidə sunami təhlükəsi daim sakinləri narahat edir.

Teleqraf.com-un "CNN Türk"ə istinadən xəbərinə görə, Janna Conson sunami və zəlzələ baş verəcəyi təqdirdə sağ qalmaq üçün özü üçün kapsul hazırlatdırıb. Yanğına davamlı olan kapsul təyyarə istehsalında istifadə olunan alüminiumdan hazırlanıb. Kapsulun içində günlərcə bəs edəcək qədər ərzaq və su ehtiyatı var. Vaşinqtonda bir şirkət tərəfindən istehsal edilən kapsul GPS cihazı və oksigen balonla da təmin edilib.

Şirkət bu kapsullar üçün Yaponiyanı əsas bazar hesab edir. Amma amerikalılar da bu qurğuya maraq göstərir. Mütəxəssislər isə kapsulu sınaqdan keçirməyi vacib hesab edirlər.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər