10 May 2017 01:54
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində universitet və tədqiqat institutlarının 20 min mütəxəssisi tərəfindən yeni Çin vikipediyası hazırlanır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Vikipediyaya alternativ olan Çinpedia gələn il ictimaiyyətə təqdim olunacaq.

Ölkənin tarixi və mədəniyyəti də daxil olmaqla 100-dən çox sferanı əhatə edəcək Çin vikipediyasının ölkə eksiklopediyalarının digital versiyası olacağı bildirilir.

Məlumatlara görə, sözügedən layihənin Vikipediyanı üstləməyi hədəflədiyi vurğulanır. Çinpedianın hər biri min sözdən ibarət olan 300 min məqalədən ibarət olacağı qeyd edilir.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər