11 May 2017 12:29
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternet üzərindən yayımlanan "MUZ TV Azərbaycan" musiqi kanalı 2012-ci il 11 may tarixindən fəaliyyətə başlayıb. 5 il ərzində hər gün yeni proqramlarla tamaşaçıların görüşünə gələn kanal yeni layihələr üzərində işləyir.

Kanalın bədii rəhbəri Sədi Məmmədov Teleqraf.com-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, layihələr xeyli orijinal və cəlbedicidir:

“5 ildir öz tamaşaçılarımızı təəccübləndirməkdə davam edirik. Hər mövsüm yeni ideya və layihələrlə onlara fərqli əhval bəxş etməyə çalışırıq.

İnternet üzərindən dayanıqlı televiziya layihələri təklif etmək xeyli riskli olsa da, öz tamaşaçımızı tapacağımıza inandıq və bunu bacardıq. Yeni layihələrimiz də milli musiqimizin təbliği və modern musiqinin təqdimatı xarakterlidi və iki fərqli musiqi düşüncəsi arasında körpü rolu oynayır”.

"MUZ TV Azərbaycan" kanalının hazırladığı layihələrin peşəkar televiziya standartları baxımından dəyərləndirliməsinə toxunan Sədi Məmmədov bu sahədə problemlərlə üzləşmədiklərini söyləyib: “İlk günlərdən işimizi peşəkar qurmağa qərar verdik. Komandaxili müzakirələrdə yaranan fərqliliklər layihələrdə əksini tapdı. Təssəvvür eləyirsiz, biz dünya musiqsinin "top onluğ"unu təqdim etməklə yanaşı, aşıqlarımızın ifasında Azərbaycan dastanlarının lenta alınması kimi fərqli addımlar atdıq.

Mütəxəssislərin əksəriyyəti intenet tamaşaçısının dastana qulaq asmayacağını deyirdi. Amma elə ilk yayımımızdan sonra dastan ifaçılığı təcrübəsi olan aşıqlar bizə müraciət etdilər. Demək istəyirəm ki, intenetlə yayımlanmağımıza baxmayaraq, biz televizya standartlarına daha yaxın olmuşuq. Videotekamızda saxlanan xeyli dəyərli televizya layihələri və lentə alınan ifalar buna sübutdur”.

"MUZ TV Azərbaycan"ın gələcək planlarına toxunan bədii rəhbər hədəflərdən də söz açıb: “İxtisaslaşmış televiziya sahəsində internet resursları üzərində dayanmadan yeni məhsul istehsal eləyən yeganə televiziyayıq. Ümid edirik ki, bizi təkcə internetdə izləmək istəməyənlərin də arzusu çin olcaq və yaxınlarda onlarla da görüşəcəyik”

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər