Teleqraf.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Gənclər və İdman Nazirlərinin 2016-cı ildə İstanbulda keçirilən 3-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, növbəti, 2018-ci ildə keçiriləcək İƏT GİN-in 4-cü sSessiyasına Azərbaycan ev sahibliyi edəcək.
Eyni zamanda, İƏT Gənclər və İdman Nazirləri Şurasının Daimi Katibliyi olaraq İƏT Gənclər Forumu çıxış edəcəkr. Qeyd olunan qərarların icrası istiqamətində bu gün Bakı şəhərində, İƏT Gənclər Forumunun təşkilatçılığı ilə İƏT-ə üzv ölkələrin Gənclər Nazirləri sessiyasının hazırkı ev sahibi Türkiyənin Gənclər naziri Akif Çağatay Kılıc, növbəti GİN sessiyası ev sahibi Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, İƏT Baş katibinin nümayəndəsi Maha Akil, İƏT Gənclər Forumunun sədri Elşad İskəndərovun iştirakı ilə İƏT Gənclər siyasəti üzrə Daimi Nazirlər Şurasının 1-ci iclası keçirilib.
İclasda İƏT GİN 3-cü sessiyasında qəbul edilmiş qərarların icrası qrafiki, gələn il Bakıda keçiriləcək İƏT GİN konfrasnının 4-cü sessiyasına hazırlıq işləri, İslam Həmrəylik Oyunları və s. məsələlər müzakirə olunub.
İclasda eyni zamanda Bakıda keçirilən “İƏT Modeli Gənclər Zirvəsi”ndə İƏT ölkələri ortaq Gənclər Gününün təsis edilməsi ilə bağlı irəli sürülən layihə də müzakirəyə çıxarıldı və həmin təşəbbüs yüksək qiymətləndirilərək İƏT ortaq Gənclər Gününün təsis edilməsi ilə bağlı qərar qəbul edildi. Qərara alındı ki, 3 sentyabr İƏT Gənclər Günü elan edilsin.
Beləliklə, 3 sentyabr İslam ölkələri ortaq Gənclər Günü olaraq təsis edildi və 2018-ci ilin Gənclər Gününə qədər bu çərçivədə keçiriləcək bütün tədbirlərin “Fəaliyyətdə İslam Həmrəyliyi” şüarı ilə keçirilməsi qərara alındı.
Cavad