Otun qiyməti bəzi bölgələrdə enib, bəzilərində isə artıb. Cəlilabad və Biləsuvar Ot bağlamalarının ucuzlaşdığı rayonlardandır. Qış aylarında bir ot bağlamasının qiyməti 5-6 manat idisə, hazırda 2-3 manat arasında dəyişir. Biləsuvar rayonunda satılan ot bağlamalarının əksəriyyəti yerli istehsaldır. Ona görə də burada ot bağlaması daha ucudur. Ən keyfiyyətli bağlamalar yoncadan əldə olunub. Cəlilabadda satılan bağlamaların əksəriyyəti isə Salyan və Neftçaladan gətirilir.
Satanlar deyir ki, ucuzlaşma mövsümdən aslıdır. Bir aydan sonra ot yenidən bahalaşa bilər. Çünki, yaz mövsümündə yağıntıların az düşməsi dəmyə şəraitində bitən otların inkişafını ləngidib.
Göyçayda isə ötən ilin eyni dövrü ilə müqayisədə ot xeyli bahalaşıb. Ötən il bağlamanın biri 0.80 qəpiklə 1,5 manat arasında dəyişirdisə, bu il 2,5-3, hətta 3,5 manata təklif edilir.
Alıcıların sözlərinə görə, bu il otun baha olmasına səbəb həm yaz aylarının quraq keçməsi, həm də otlaq sahələrinin əkin sahələri ilə əvəzlənməsidir.
Əvəllki illərdə Göyçay bazırına ot qonşu 3-4 rayondan gətirilirdisə, hazırda təkcə Zərdab rayonundan gətirilir. Satıcıların sözlərinə görə, qiymətlərin baha olması səbəbindən ot alan azdır.
Otun qiymətinin artması rayondakı heyvan bazarına da təsir edib. İri və xırdabuynuzlu heyvanların qiymətində yenidən artım müşahidə edilir.