Bu barədə Teleqraf.com-a ideya müəlliflərindən biri olan Elşən Kazım bildirib:
“Equpy” sosial şəbəkəsi “Equpy Group” tərəfindən yenicə yaradılmasına baxmayaraq, artıq 4500-dən yuxarı istifadəçiyə malikdir. 6 nəfərlik işçi komandası olan yeni şəbəkə 20 gündən artıq vaxtdır ki, fəaliyyət göstərir.”
Elşən Kazım yeni sosial şəbəkənin digərləri ilə müqayisədə önəmli fərqlərini açıqlayıb:
“Digər sosial şəbəkələrdən fərqli olaraq, equpy-də səsli statuslar da paylaşmaq mümkündür. Həmçinin istifadəçilər rəy bölməsinə də səsli şərh buraxa bilərlər. Yeni yaratdığımız bu sosial şəbəkənin gündəm funksiyası da var. Belə ki, istifadəçilər önəmli günlərdə saytdakı şəxsi səhifələrini günün mövzusuna uyğunlaşdıra bilərlər. Hətta dizaynı, saytın arxa fonunu da istədikləri kimi dəyişə bilərlər.