6 İyul 2017 13:53
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika kafedrasının müəllimi Vüqar Əliyev Jurnalistika fakültəsinin dekanı seçilib.

Teleqraf.com xəbər verir ki, universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova xəbəri təsdiqləyib.

“Dünən seçkilər keçirildi. Vüqar Əliyev Jurnalistika fakültəsinin dekanı vəzifəsinə seçilib. Əvvəl isə o, dekan əvəzi vəzifəsinə təyin edilmişdi”.

Xatırladaq ki, bu il mayın 12-sində Vüqar Əliyev dekan əvəzi vəzifəsinə təyin edilmişdi.

O, Vüqar Zifəroğlu imzasıyla tanınıb.


Müəllif: Şəfiqə Nazimqızı