12 İyul 2017 17:07
2 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı milyarder, “Crocus Qrup”un sahibi Araz Ağalarov oğlu Emin Ağalarovun ABŞ Prezidenti Donald Trampın oğlunu Hillari Klintonun əleyhinə kompromatlar ötürmək üçün rusiyalı vəkil Nataliya Veselnitskaya ilə görüşdürməsi barədə yayılan xəbərləri şayiə adlandırıb.

Teleqraf.com xəbər verir ki, Araz Ağalarov BFM-ə müsahibəsində bu informasiyaların kimlərinsə uydurması olduğunu deyib:

“Mən bilmirəm bunları kim uydurur. Hillari Klintonun nə aidiyyatı var? Mən başa düşə bilmirəm”.
Trampın oğlunu tanıyıb-tanımadığı barədə suala cavabında Araz Ağalarov kiçik Trampı tanımadığını söyləyib: “Onunla Emin tanışdır, mən tanış deyiləm. Ancaq biz “Kainat gözəli” müsabiqəsi keçirirdik, o zaman əlaqələr yarandı. Onlar yaşıddırlar, mən onların necə ünsiyyət saxladığını haradan bilim. Nə haqda ünsiyyyətdə olduqlarından xəbərdar deyiləm”.

Onun fikrincə, ola bilsin menecer kimi müəyyən dövrdə oğlu Eminlə Tramp birgə çalışıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər