Teleqraf.com xəbər verir ki, Bakı restoranlarından birində çəkiliş aparan süjetin müəllifi Azərbaycanın hər rayonunda qutabın öz resepti və xüsusi hazırlanma qaydalarının olduğunu vurğulayıb:
“Azərbaycan mətbəxi dünyanın ən rəngarəng mətbəxlərindən sayılır. Azərbaycan mətbəxinə aid bir menyunu qutabsız təsəvvür etmək mümkün deyil. Məsələn, Xəzərin sahilində Corat qutabları məşhurdur. Onun içinə dəvə əti, pendir, balqabaq qoyulur.
Corat qutabları kiçik olur və sobada açıq odun üstündə qızardılır. Lakin aypara formalı əsas qutablar isə ətdən, göyərtidən, qarından və başqa məhsullardan hazırlanır. Un, su və duzun birləşimindən yoğrulan sadə xəmirin içi doldurulduqdan sonra qutablar xüsusi tavalarda - sacda bişməyə qoyulur”.
Proqramda qutabın yaranma tarixindən də söz açılıb:
“Azərbaycan qadınları həmişə evdə çörək bişirərdilər. Artıq qalan xəmiri israf etməmək üçün onun içinə müxtəlif ərzaq və ədviyyatlar doldurub sac üstə qoyardılar. Bax beləcə qutabların hazırlanma metodları formalaşmağa başladı”.