31 Avqust 2017 18:11
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tapança patronlarının ölkə ərazisinə gömrük sərhədindən bəyan etmədən gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Türkiyə Respublikasının vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda patrona bənzər predmetlərin təsviri görünüb.

Bu səbəbdən vətəndaşın çantasına təkrar yoxlama keçirilib. Nəticədə çantanın iç cibində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 4 ədəd tapança patronu aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan patronlar zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli, "BROWNING lang", "BROWNING", "Long Remington", "Selbstlade-Pistole", "DWM 538", "Parabellum" konstruksiyalı tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş birdəfəlik istifadə edilən patronlardır, döyüş sursatı hesab edilir və istifadəyə (atəşə) yararlıdır.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər