Videogörüntüdən xəbərimiz var və həmin sürücü barəsində araşdırma aparılıb.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.
Onun sözlərinə görə, yol hərəkəti qaydalarını pozaraq, sərnişinlərin həyatını ciddi şəkildə təhlükəyə atan sürücü artıq işdən çıxarılıb.
Qeyd edək ki, oktyabr ayının 27-si axşam saatlarında 99 - JX - 266 dövlət nömrə nişanlı, 13 nömrəli avtobus yolda əks istiqamətə çıxaraq sərnişinlərin həyatı üçün təhlükəli vəziyyət yaradıb. Hadisənin görüntüləri qarşıdan gələn avtomobilin kamerasının yaddaşına yazılıb.
Həmin görüntüləri təqdim edirik.
<iframe src="http://baku.ws/video2/v.php?v=852516" width="640" height="360"></iframe>