6 Dekabr 2017 19:59
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Türkiyənin paytaxtı Ankarada keçirilən “II Beynəlxalq Qadın Zirvəsi” adlı beynəlxalq sammitdə iştirak edib.

AQUPDK-nın İnformasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, sammit Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dörd qitədən nazir, sahibkar qadınların iştirakı ilə keçirilib.

Sammitdə Azərbaycanı H. Hüseynova ilə yanaşı Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı təmsil ediblər.

AQUPDK-nın sədri H. Hüseynova sammitdə çıxışı zamanı bildirib ki, Azərbaycan müsəlman Şərqində qadına seçmək və seçilmək hüququ verən ilk ölkədir.

O qeyd edib ki, bu gün dünya ölkələrinin qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha aktiv fəaliyyəti üçün imkanların yaradılmasıdır.

Daha sonra sammit panel iclaslarla işini davam etdirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər