25 Aprel 2014 16:12
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuat Şurasının sədri Əflatun Amaşov “Yeni Müsavat”ın əməkdaşı Fərahim İlqaroğlunun döyülməsinə münasibət bildirib.

Ə.Amaşov musavat.com-a deyib ki, bu iş Mətbuat Şurasının nəzarətindədir. MŞ sədri həmçinin qeyd edib ki, Daxili İşlər Nazirliyi ilə danışıb, məsul şəxslərin bu məsələ ilə bağlı fikrini öyrənib: “Nazirlikdən mənə bildirdilər ki, jurnalistin döyülməsi polis tərəfindən ciddi şəkildə araşdırılır. Yaxın zamanda jurnalİsti döyən şəxslər tapılıb cəzalandırılacaq”.

Ə.Amaşov bildirdi ki, o özü də jurnalistin döyülməsini əks etdirən video kadrlara baxıb, F.İlqaroğlunu döyənlərin sifəti açıq-aydın görünür: “Hesab edirəm ki, bu video kadrlar Fərahimi döyənlərin tezliklə tapılmasına ciddi yardımçı olacaq. Mətbuat Şurası sədri olaraq özüm də bu məsələni ciddi şəkildə nəzarət altında saxlayacağam”.


Müəllif:

Oxşar xəbərlər