29 Dekabr 2017 12:47
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda keçirilən islahatlar öz nəticəsini verib. Biz büdcəyə baxanda bunu açıq görürük.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov parlamentdə çıxışı zamanı eyib.

O bildirib ki, ölkədə aparılan islahatlar gənclər və idman sahəsində də özünü göstərib:

“Dünyada ölkəmiz idman dövləti kimi tanınır. Biz ölkədə gedən islahatları dəstəkləməli, bu işləri sadə insanlara çatdırmalıyıq. Biz ilk növbədə öz müstəqilliyimizi və dövlətimizi düşünməliyik”.

Milli Məclisin sədri Oqtay Əsədov Fuad Muradovun fikirlərinə dəstək verib, eyni zamanda deputatlardan ibarət futbol komandasının jurnalistlərin futbol komandasına qalib gəlməsi münasibətilə onları təbrik edib.


Müəllif: Cavad

Oxşar xəbərlər