4 Yanvar 2018 10:57
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhər Zülfi Hacıyev küçəsində Heydər Parkına gedən piyada yolunun girişində olan bardürdə problem var.

Sumqayıt sakinlərinin Teleqraf.com-a verdiyi xəbərə görə, fiziki qüsurlu, əlil adamlar, uşaqlar, hətta sağlam adam belə bardürə çıxmaqda çətinlik çəkirlər:

“Bəlkə də bu çox xırda məsələ görünə bilər, amma buradan keçən sakinlərə problem olan bardür düzəlmir. Halbuki yolun bu hissəsində yaxınlıqda seçim yoxdur, piayada keçidi bu bardürə apardığından piyada mütləq burdan keçməlidir, ya da piyada keçidi olan yerdən yox, aralıdan keçməlidir”.

Sakinlər qeyd edib ki, bardürün hündürlüyü standartlardan kənardır:

“Sdandartlara görə, səhv etmirəmsə, yol kənarında bardürün hündürlüyü 10 sm-ə yaxın olmalıdır.

Amma şəkildən də göründüyü kimi, bu bardürün hündürlüyü az qala yarım metrə - 50 santimə çatır. Ola bilsin bunu qoyanda relyefə uyğun ediblər, amma fikirləşməyiblər ki, bardürdən çıxmaq insanlara çətinlik, narahatlıq yaradır”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər