23 Fevral 2018 14:09
2 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeşli qadın Zəhra Əbutalibin təxminən yarım əsr bətnində uşaq daşıması ilə bağlı xəbər tamamilə yanlış və mifdir. Elə bir şey ola bilməz.

Bu sözləri Teleqraf.com-a açıqlamasında mama-ginekoloq Səbinə Mirzəyeva deyib.

Onun sözlərinə görə, hamiləliyin müddəti maksimum 9 ay 10 gündür: “Hamiləliyin 40 həftəni keçməsi dölün tələf olması deməkdir. Ölü döl isə ana orqanizmi üçün çox böyük fəsadlara səbəb olur. Həmin döl və ya cift parçalanaraq bədənə zəhərlənmə verir. Ölü döl nəinki 50 il, 1 həftə də ana bətnində qalsa, zəhərlənmə baş verər və ananın ölümünə səbəb olar”.

Qeyd edək ki, xarici mediada Mərakeşdə Zəhra Əbutalib adı qadının təxminən yarım əsr bətnində uşaq gəzdirdiyi ilə bağlı məlumat gedib. Məlumata görə, 1955-ci ildə xəstəxanaya doğum üçün çatdırılan Zəhra qeysəriyyə əməliyyatında başqa bir qadının ölümlə üzləşdiyini görüncə doğmaq fikrindən daşınıb.

Guya 75 yaşında güclü ağrılar səbəbindən həkim müayinəsindən keçən qadının bətnində uşağın öldüyü məlum olub. 5 saatlıq əməliyyatdan sonra ölü körpə çıxarılıb.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər