2 Mart 2018 18:57
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda Dünya İslam Forumu beynəlxalq təşkilatı və Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə təşkilatçılığı ilə 8-ci Dünya İslam Forumu keçirilir.

Teleqraf.com xəbər verir ki, forumda müxtəlif ölkələrdən olan dövlət və hökumət nümayəndələri iştirak edirlər.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı məruzə ilə çıxış edib.

O bildirib ki, xalqımızın milli-mənəvi dəyərlər sisteminin mühüm hissəsini təşkil edən ənənəvi İslam dəyərləri onun milli kimliyinin formalaşmasında mühüm rol oynayıb və mənəviyyatımızı zənginləşdirib. Bu dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindəndir.

Çıxışında Azərbaycan həqiqətlərinə də toxunan Səyyad Salahlı Azərbaycanın tarixi, əzəli torpağı olan Dağlıq Qarabağ və yeddi ətraf rayonunun erməni silahlı qüvvələrinin işğalı altında olduğunu deyib.

Qeyd edək ki, “Nəzəriyyə və təcrübədə inteqrasiya və mənəvi hakimiyyət” mövzusuna həsr edilmiş 8-ci Dünya İslam Forumu çərçivəsində “Dünya müsəlman qadınlarının sammiti və sərgisi”, “Dünya müsəlmanlarının gənclər sammiti və sərgisi”, “3-cü İslam dünyası İstanbul mükafatı”nın təqdimat mərasimi və “9-cu Dünya İslam Forumunun yüksək səviyyəli şəxslərinin qrup görüşü”nün keçirilməsi də nəzərdə tutulub.


Müəllif: Cavad

Oxşar xəbərlər