12 Mart 2018 13:50
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iyirmi günlük körpənin sol yumurtalığında 10-12 santimetr ölçüdə kista aşkarlanıb.

Bu barədə Teleqraf.com-a uroloq-cərrah Fuad Hüseynov məlumat verib.

Onun sözlərinə görə, körpənin çəkisi 3 kiloqram olub: “Bətndaxil dövrdə çəkilmiş ultrasəsəs müayinəsində qarın boşluğunda böyük ölçülü törəmə - şiş aşkarlandı. Aparılan müayinələr nəticəsində məlum oldu ki, qız uşağının sol yumurtalığında təqribən 10-12 sm ölçüdə kista var. Gözləmək təhlükəli idi. Çünki nəhəng ölçülü kista uşağın yumurtalığını itirməsinə səbəb ola bilərdi.

Uşağın yaşını, anesteziya risklərini, kistanın böyüklüyünü və ailənin istəyini nəzərə alaraq o, açıq cərrahi əməliyyat edildi”.

Uroloq-cərrah qeyd edib ki, cərrahi əməliyyat zamanı kistanın içərisindən təqribən 100-150 ml maye boşaldılıb: “Yumurtalıq qorunaraq kista çıxarıldı. Körpənin təhlükəli vəziyyəti geridə qaldı”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər