20 Mart 2018 10:15
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi Ermənistanın kütləvi informasiya vasitələrində Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) ələ keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyindən bildirilib ki, erməni mətbuatında yayılan fotoda təqdim edilən kvadrokopter Çin istehsalı olan və məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur.

"Yəqin ki, hansısa Novruz bayramı şənliyinin çəkilişində, ya da uşaqların oyunu zamanı ermənilərin əlinə keçib", - Nazirlikdən qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər