5 Aprel 2018 17:06
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteninin "Xətai" stansiyası bu il təmirə bağlanacaq.

Teleqraf.com bildirir ki, bu barədə Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, stansiyanın bütün eskalatorları dəyişdiriləcək: ""Xətai" stansiyası 1968-ci ildə istifadəyə verilib. Həmin stansiyanın eskalatorlarının istismar müddəti bu il başa çatır. Ona görə də, stansiyadakı hər üç eskalator dəyişdirilməlidir. Artıq bununla bağlı plan-qrafik hazırlanıb".

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, "Xətai" stansiyası ən dərin özüllü metro stansiyasıdır və stansiyanın eskalatorları da digər eskalatorlardan uzundur: "Stansiyaya 4 müasir eskalator quraşdırılması nəzərdə tutulub".

N. Pasayev bildirib ki, stansiyanın təmirə bağlanacağı konkret tarix müəyyən edilməsə də, bu il reallaşacaq: "İyulun 1-də "Sahil" stansiyasının istifadəyə verilməsi gözlənilir. Yəqin ki, "Sahil" stansiyası istifadəyə veriləndən sonra "Xətai" təmirə bağlanacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər