13 Avqust 2014 11:49
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşmənin mütəmadi olaraq atəşə tutduğu Əlibəyli kənddində bu il orta məktəbi bitirənlərin əksəriyyəti qəbul imtahanlarında uğur qazanıb

Teleqraf.com TTV-yə istinadən xəbər verir ki, 9 minə yaxın sakini olan kənddə yuxarı sinif şagirdlərinin əksəriyyətinin universitetə hazırlaşması, daxil olması ənənə halını alıb. Aslanovlar ailəsi erməni təcavüzündən əziyyət çəkməsinə baxmayaraq uşaqlarının ali təhsil alması üçün lazım olan imkanı yaradıb. Şahnaz deyir ki, tələbə adını qazanmasında anası Nailə xanımın böyük köməyi olub. Nailə xanım şəhid anasıdır. Onun oğlu, yəni Şahnazın qardaşı 1993-cü ildə mina partlamasından əmisi ilə birgə həlak olub. Şahnaz Əlibəyli kəndində müəllim işləməyi arzulayır. Ona bu gözəl misiyasında ailəsi ilə yanaşı dövlət də yardım edir. Ödənişli təhsilə qəbul olunsa da şəhid ailəsi olduğu üçün təhsil haqqından azad edilib. Bu güzəşt Şahnazın hazırda üçüncü kursda oxuyan bacısına da şamil olunub. Dövlət başçısının bu ilin martında Şəhid və müharibə əlillərinin ailə üzvlərinin təhsil haqqından azad edilməsi ilə bağlı verdiyi sərəncam orta gəlirli bu ailə üçün iki qat sevincə səbəb olub.

Valdeyinləri deyir ki, hər iki qızın illik təhsil haqqları 2700 manat edir. 2014-2015 tədris ilindən etibarən qüvvəyə minən bu qərarla Aslanovlar həmin xərcdən azad edilib. Vətən üçün iki şəhid verən bu ailə, indi Azərbaycan üçün iki müəllim yetişdirir.

//


Müəllif:

Oxşar xəbərlər