17 Sentyabr 2018 14:42
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

“CBC Sport” telekanalının rəhbəri Volkan Üst infarkt keçirib.

Teleqraf.com-un məlumatına görə, bu barədə onun aparıcı olan həyat yoldaşı Özgə Uzun sosial şəbəkədə məlumat yayıb.

Aparıcı Volkan Üstlə Mərkəzi Klinikada çəkilmiş fotosunu paylaşaraq həyat yoldaşının vəziyyətinin yaxşı olduğunu qeyd edib: “Volkan ağır infarkt keçirdi. O dünyanı görüb qayıtdı. Bəzən “şükür” deyə biləcəyiniz bütün minnət kəlmələrinin, duaların cəmidir. Demək istəyib amma dilə gətirmədiyiniz bir ifadə... Hadisə zamanı ani reflekslə və müdafiə ilə insan ayaq üstə dayanır, amma vəziyyət sovuşandan sonra ani “bum” deyə bir şey ürəyinizə, ruhunuza, beyninizə çarpır. “Beyin silkələnməsi” məcazi anlamda deyilmiş demək. Qızımızla da danışdıq. Atasına iynə vurulanda ağlayıb-ağlamadığını soruşdu. Ona başa düşəcəyi tərzdə bir müddət evə gəlməyəcəyini izah elədik. Başa düşdü. Bu gün həyatımızın yerdə qalan hissəsinin ilk gününü yaşayırıq. Şükür”.

Qeyd edək ki, türkiyəli aparıcı Özgə Uzun ikinci dəfə Volkan Üstlə ailə həyatı qurub.


Müəllif: Kəmalə

Oxşar xəbərlər