28 Aprel 2014 15:37
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi və Qarabağ Seyid Ocaqları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qarabağa doğru - Haqqın və Haqqımızın səsi ilə” adlı layihəsinə dəstək məqsədilə növbəti görüşünü Gürcüstan Respublikasının paytaxtı Tibilisi şəhərində Bütün Gürcüstan Müsəlmanları İdarəsində keçirib.

Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, tədbirdə öncə “Qazi Qarabağ azanı” hər iki variantda səsləndirilib. Gürcüstan Müsəlmanlarının şeyxi Hacı Ramin İgidov çıxış edərək, öncə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin və Qarabağ Seyid Ocaqlarının rəhbərliyinə Qarabağ adına apardıqları şərəfli mücadilədə uğurlar diləyib. O, bütün müsəlmanları “Qarabağa doğru - Haqqın və Haqqımızın səsi ilə” adlı layihəsinə dəstək verməklə, Azərbaycanın haqlı olduğunu bütün dünyaya çatdırılmasının vacibliyini bildirib. R.İgidov Gürcüstan və Azərbaycanın mehriban qonşuluq və qardaşlıq səviyyəsində inkişaf edən münasibətlərindən söz açaraq, hər iki ölkənin eyni ağrını daşıdığını diqqətə çatdırıb. Gürcüstan müsəlmanlarının şeyxi hər iki qonşu, dost ölkənin əzəli torpaqlarının işğala məruz qaldığını diqqətə çatdırıb.

R.İgidov bu gündən Gürcüstan məscidlərində hər cümə günü “Qazi Qarabağ azanı”nın səsləndirələcəyini bildirib.

Tədbirdə iştirak edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli geniş çıxış edərək, “Qarabağa doğru - Haqqın və Haqqımızın səsi ilə” adlı layihənin əhəmiyyətindən danışaraq, dini və milli heysiyyatı olan hər bir azərbaycanlının Qazi Qarabağ azanının təbliğ olunmasına dəstək olmasının iman məsələsi olduğunu soyləyib.

C.Əzimbəyli “Qazi Qarabağ azanı”na sahib duran Azərbaycan dövlətinin tezliklə doğma Qarabağın işğaldan azad edəcəyinə əminliyini deyib.

Qarabağ Seyid Ocaqlarının təmsilçisi Gürcüstan müsəlmanlarını məzhəblərarası münasibətlərin qızışdırılmasına şərait yaradan radikal dini təkfirçi qüvvələrə qarşı mübarizədə bir olmağa çağırıb.
Tədbirdə iştirak edən şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev isə cıxış edərək, Gürcüstan azərbaycanlılarının “Qazi Qarabağ azanı”na mütləq dəstək verəcəyinə inandğını və bu müqəddəs işdə şəxsən yardım edəcəyini deyib.

Tədbirdə tanınmış din xadimləri, ziyalılar çoxlu sayda gənclər iştirak edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər