Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 7-də 72,83 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,04 dollar/barel azdır.
Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 7-də 71,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 7-də 68,03 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,24 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 7-də 70,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.