13 Noyabr 2018 22:58
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 10-da Azərbaycanın Braziliya Federativ Respublikasındakı Səfirliyi, paytaxt Braziliya şəhərində xeyriyyə məqsədi ilə illik keçirilən diplomatik yarmarkada iştirak edib.

Səfirlikdən Teleqraf.com-a daxil olan məlumata görə, yarmarkada, səfirliyin güşəsində “Made in Azerbaijan” brendi altında istehsal edilən məhsullar, Azərbaycanın mədəniyyəti, adət ənənələrinə dair müxtəlif suvenirlər, kiçik xalçalar, eləcədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, həmçinin ölkəmizə aid müxtəlif təbliğat materiallar sərgilənmiş və paylanılıb.

Tədbir çərçivəsində qonaqlar, həmçinin milli mətbəximizin nümunələri ilə tanış olmaq imkanı qazanıblar.

Səfirliyin güşəsi geniş ictimaiyyətin marağına səbəb olub və yarmarka haqqında məlumat yerli mediyada geniş işıqlandırılıb.

Qeyd olunmalıdır ki, ənənəvi yarmarka Braziliyada məhşurluq qazanıb və gün ərzində bu tədbiri minlərlə insan ziyarət edib.


Müəllif: Teleqraf.com