1 Dekabr 2018 12:40
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda 41 daşıyıcı şirkət fəaliyyət göstərir, lakin "BakuBus" da daxil olmaqla, cəmi 3-4 şirkət vətəndaşları məmnun edəcək xidmət göstərir.

Məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistləri Birliyi üçün təşkil edilən media tur zamanı deyib.

V.Kərimli bildirib ki, paytaxtda gündəlik 2 mindən artıq avtobus xəttə buraxılır:

"Gün ərzində Bakıda avtobuslarla 2,7 milyon sərnişin daşınır. Bunun da təqribən 17 faizi "BakuBus"ın payına düşür.

İstəyirik ki, dövlət bu sahəyə 85 faizə qədər nəzarət etsin. Qalan 15 faiz isə dövlətin qoyduğu meyarlara cavab verən özəl şirkətlər olsun"./trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər