1 Fevral 2019 15:30
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gənc bacı və qardaşlarımızı Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edirəm. 3 gündür Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısına hazırlaşırıq. Nəhayət, bu gün Bakı Konqres Mərkəzində forumumuz keçirildi və mən də çıxış elədim. Çıxışımda aprel döyüşlərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi döyüş əmrinin onun cəsarətli əmrlərindən biri olduğunu söylədim”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Qarabağ qazisi Kamil Musəvi deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Ordusu, eləcə də qazilər ölkə başçısının irəli əmrinə hazırdır:

“Çıxışda da dedim ki, cənab Ali Baş komandan, qazilərimiz də irəli əmrinizdən kənarda qalmayacaq. Düzdür, kimlərsə düşünər ki, vücudlarının hər hansı üzvünü itirən insan necə döyüşə bilər, amma vallah, ayaqları olmayanlar sürünərək, gözləri olmayanlar hiss edərək döyüşə gələcək. Yetər ki, yaşasın xalqımız, var olsun, müstəqil Azərbaycanımız. Toplantı qurtarandan sonra cənab prezident hamı ilə görüşə-görüşə gəldi, məni qucaqladı, sonra üzümə baxdı, kövrələrək məni yenidən qucaqladı. Mən də dedim ki, cənab prezident hər əmrinizə hazırıq”.

Kamil Musəvi dövlətin gənclərə olan diqqət və qayğısından razı olduğunu deyib:

“Şəxsən mən dövlətin qanuni olaraq nəzərdə tutulan bütün imtiyazlarından istifadə eləmişəm”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər