29 Avqust 2014 22:24
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən illə müqayisədə isə azalma var

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 20-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-30, Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Avqustun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 65 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 90 m3/s və ongünlük normanın 74 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 2.1 m3/s olmaqla, ongünlük normanın 3 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici dəfələrlə çox olmaqla 77 m3/s təşkil edərək ongünlük normanın 112 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Avqustun 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 4, Salyanda 2, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 10 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 311 sm (2013-cü il avqustun 29-da 341 sm), Şirvanda 143 sm (2013-cü il avqustun 29-da 198 sm), Salyanda 75 sm (2013-cü il avqustun 29-da 135 sm), Bankədə 182 sm (2013-cü il avqustun 29-da 221 sm), Araz çayının Novruzlu məntəqəsində isə 33 sm (2013-cü il avqustun 29-da 62 sm) təşkil edir.


Müəllif:

Oxşar xəbərlər