Mer seçkilərinin keçirilməsi Bakı Şəhər icra başçısının səlahiyyətlərində olan məsələ deyil.
Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib.
“Bu məsələ qanunvericiliyə uyğun olaraq həllini tapmalıdır. Konstitusiyaya görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Prezidentin səlahiyyətli nümayəndəsi kimi çıxış edir.
Meriya başqa bir institutdur. Hərəsinin öz üstünlüyü və zəif yeri var. Mən hesab edirəm ki, bu struktur da səmərəli işləyə bilər. Bütün ehtiyatlardan səmərəli istifadə edə bilsək, yaxşı nəticələr əldə edərik”.