15 Mart 2019 11:35
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilıməsi barədə sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Modern.az-a Akif Əliyə yaxın mənbə bildirib.

Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.

Xatırladaq ki, Akif Əli 1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. O, 2-ci dərəcə Dövlət müşaviridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər