Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun xidmətə qəbul ilə bağlı keçirməsi nəzərdə tutulan sıra baxışının vaxtı dəyişdirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Ramil Usubov tərəfindən DİN-in Əlahiddə Çevik Polis Alayında keçirilməsi nəzərdə tutulan sıra baxışının vaxtı aprelin 19-u, saat 08.00-a dəyişdirilib.
Qeyd olunub ki, 15-17 aprel tarixdə Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsi ilə əlaqədar 15 aprel, saat 8.00-da, Ramil Usubov tərəfindən DİN-in Əlahiddə Çevik Polis Alayında, Bakı şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında və Sumqayıt, Abşeron şəhər, rayon polis idarələrində vakant (500 ştat) post-patrul xidmətinin polis nəfəri (kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında keçirilməsi nəzərdə tutulan sıra baxışı başqa vaxta keçirilib.
"Əlavə məlumat almaq üçün (012)-590-97-52, (012)-590-94-12, (012)-590-92-37, (012)-590-93-45 saylı nömrələrlə əlaqə saxlamaq məsləhət görülür", - deyə məlumatda qeyd olunub.