8 May 2019 08:25
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə hazırda istismar olunan avtomobillərin 900 minə yaxını köhnədir. Bu isə Azərbaycanın avtomobil parkının köhnəldiyindən xəbər verir. Ekpsertlər məsələdən çıxış yollarını təklif edir? Təkliflərdə nələr var?

Azərbaycanda avtomobillərin 80%-ni köhnəlmiş avtomobillər təşkil edir. Hazırda ölkədə istehsal tarixi 10 ildən artıq olan 900 minə yaxın avtomobil var. Bu azərbaycandakı ümumi avtomobillərin 77%-ni təşkil edir. Bununla yanaşı, ölkədəki avtomobillərin cəmi 1%-nin istehsal tarixi 2 ildən aşağıdır

Ekspert Ruslan Musayev bildirir ki, ölkədə avtomobil parkı sözün əsl mənasında təhlükə saçır. Çünkü köhnə avtomobillərin sayı günü-gündən artır. Ekspert deyir ki, ölkədə avtomobil parkının yenilənməsinə ciddi ehtiyac var. Əks halda köhnə avtomobillər ekologiyaya ciddi ziyan vurmaqla yanaşı, təhlükə mənbəyinə çevirilməkdə davam edəcək

Ekspert sözlərinə görə, hazırda bazarda köhnə avtomobillərə böyük tələbat var. Çünkü yeni avtomobillər bahadır. Kredit, lizinq şərtləri ağır olduğundan yeni avtomobil almaqda insanlar elə də maraqlı olmur.

Ruslan Musayev bildirir ki, günü-gündən dünyada ekoloji cəhətdən təmiz hesab edilən elektrocarlara və hibrid mühərrikliavtomobillərə tələbat artır. Buna görə də, belə avtomobillər ölkəyə gətirilərkən müəyyən gömrük və vergi güzəştləri tətbiq edilməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər