5 İyun 2019 11:06
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdəbil şəhərində tanınmış milli-mədəni fəal Abbas Lisaninin aclıq aksiyasının doqquzuncu, Həmid Allahverdipurun aksiyasının isə yeddinci günündə şəhərin müxtəlif yerlərində divarlara şüarlar yazılıb.

Teleqraf.com xəbər verir ki, “Biz Abbas Lisaninin səsiyik”, “Azərbaycanın siyasi məhbusları aclıq aksiyası keçirir”, “Azərbaycanın aslan kişiləri aclıq edir”, “Azərbaycanın siyasi məhbuslarının canı təhlükədədir” və sair şüarlara Ərdəbilin müxtəlif məhəllələrində rast gəlinir.

Siyasi məhbuslarla bağlı oxşar şüarlar Məlikan şəhərində də yazılıb. Fəallar bu dəfə şəhərin müxtəlif məhəllələrində “Mehdi Kuxiyan azad olunsun” şüarı yazaraq güney azərbaycanlı milli-mədəni fəalın sərbəst buraxılmasını tələb ediblər.

Qeyd edək ki, Abbas Lisani məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb Ərdəbil zindanına verilən dosyenin xülasəsinin ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-dən aclıq aksiyasına başlayıb. Fəal aksiyaya başladıqdan bir gün sonra həbsxananın karantin bölümünə köçürülüb.

Abbas Lisani və digər azərbaycanlı siyasi məhbuslara dəstək məqsədilə 5 günlük aclıq edən Həmid Allahverdipur mayın 29-da məhdud aclıq aksiyasına başlayıb. Fəal iyunun 3-ü günortadan sonra Təbriz zindanına köçürülüb.

“Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri və milli-mədəni fəal Mehdi Kuxiyan isə aprelin 8-də Məlikan Şəhər Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, aprelin 13-ü axşam saatlarında “Ettelaat”ın təcridxanasından Marağa zindanına köçürülüb.


Müəllif: Səxavət

Oxşar xəbərlər