21 İyun 2019 16:19
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, iyunun 21-də mədəniyyət naziri Əbülfəs Qarayev və müavinlərin regionlarda növbəti vətəndaş qəbulu keçirilib.

Teleqraf.com-un məlumatına görə, Balakən və Zaqatala rayonlarından olan sakinlərin müraciətlərini dinlədikdən sonra mətbuata açıqlama verən Əbülfəs Qarayev vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini bir daha qeyd edib. Vurğulayıb ki, bugünkü qəbulda da vətəndaşlar tərəfindən mədəni xidmətlərin səviyyəsinin artırılması, musiqi, incəsənət məktəblərinin fəaliyyətinin daha da gücləndirilməsi kimi məsələlər qaldırılıb. Həmçinin bölgədə olan tarixi abidələrin bərpası, qorunması ilə bağlı məsələlər də diqqətə çatdırılıb.

Nazir deyib ki, bu cür görüşlər vətəndaşları narahat edən məsələlərin yerindəcə həll olunmasına və mədəniyyət sahəsində həyata keçirilən islahatların daha sürətlə aparılmasına şərait yaradır.

Prezident İlham Əliyevin minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamına toxunan nazir bildirib ki, bu sərəncam mədəniyyət sahəsində çalışan 40 min nəfərdən çox vətəndaşı əhatə edəcək. Bu da öz növbəsində ölkəmizdə vətəndaşların sosial durumunun daha da gücləndirilməsi sahəsində dövlət tərəfindən atılan daha bir uğurlu addımdır.

* * *

Əbülfəs Qarayev Balakənə səfəri çərçivəsində rayonda fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib. İlk olaraq Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti ilə tanış olan nazirə məlumat verilib ki, muzeyin ekspozisiyasında qədim dövrdən müasir günümüzədək rayonun tarixini, mədəniyyətini, məişətini əks etdirən 1400 eksponat və 500-ə yaxın elmi-köməkçi material nümayiş olunur.

Balakən şəhərində Uşaq incəsənət məktəbinin yeni inşa edilən binasına baş çəkən nazir görülən işlərlə tanış olub.

Nazir daha sonra Balakən şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, MKS-nin nəzdində xidmət, komplektləşdirmə və kitabişləmə, metodika-biblioqrafiya, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, informasiya-resurs və uşaq şöbələri fəaliyyət göstərir. Hazırda MKS 1 mərkəzi, bir şəhər və 16 kitabxana filialını özündə birləşdirir.

Əbülfəs Qarayev mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da gücləndirilməsi barədə tapşırıq və tövsiyələrini verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər