Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, qərargah rəisi Xankəndi şəhərində Qarabağdakı separatçıların başçısı Bako Saakyanla görüşüb.
Görüşdə bölgədəki son vəziyyət müzakirə olunub.