2 Avqust 2019 14:40
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında belə bir hadisə qeydə alınmayıb. Hansısa özəl klinikanın həkimi bu kimi hadisəyə səbəb olubsa, qanuni tədbirlər görüləcək”.

Bunu Teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib.

Onun sözlərinə görə, müvafiq araşdırma aparılır:

“Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ilə əlaqə saxladıq. Nazirliyə belə bir hadisənin baş vermədiyini bildirdilər. Xəstəxanada Musa adlı stomotoloq yoxdur, Könül Şahbazova adlı xəstə də bu xəstəxanaya daxil olmayıb. Məsələni daha ətraflı araşdırıb,sizə məlumat verəcəyik”.

Qeyd edək ki, mediada yayılan xəbərlərə görə, Cəlilabad rayonun Vüqar Mürsəlov 44 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Şahbazov Könül Bavədar qızı dişin çəkdirmək üçün rayondakı stomatoloji məntəqələrdən birinə müraciət edib.

Musa adlı diş həkimi xəstənin dişini keyitmək üçün ard-arda 3 iynə vurub.

Dişin çəkilməsi zamanı isə gənc xanım huşunu itirib. Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılan Könül Şahbazovanın komaya düşdüyü məlum olub.

Həkimlərin müdaxiləsindən bir neçə gün sonra xəstə komadan ayılsa da hazırda vəziyyəti ağır olaraq qalır.

Diş həkimi kimi fəaliyyət göstərən Musa adlı şəxsin tibbi təhsili və lisenziyasının olmadığı deyilir.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər