Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup tələbəsi “Erasmus Mundus” beynəlxalq mübadilə layihəsində qalib gəlib. Bu layihə ali təhsildə əməkdaşlıq vasitəsilə iştirakçı dövlətlərin qonşu şərq ölkələrinə inteqrasiyasını gücləndirmək məqsədi daşıyır.
Teleqraf.com-a universitetin mətbuat xidmətindən verilən məlumata görə, layihədə qalib gələn tələbələr 2014/2015-ci tədris ilinin ilk günlərindən İspaniya, Portuqaliya və İtaliyanın nüfuzlu ali məktəblərində təhsillərini davam etdirməyə başlayıblar.
AzTU-nun bir əməkdaşı isə yeni dərs ilində İsveçin Malmö Universitetində tədris prosesinə müəllim kimi cəlb edilib.
Azərbaycan Texniki Universiteti hazırda təhsil üzrə 20-dən çox beynəlxalq əməkdaşlıq müqaviləsində iştirak edir.
SEVİL