18 Sentyabr 2014 17:34
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə sabah "Qafqaz Point" oteldə “Gənc qadın turizmçilərin beynəlxalq konfransı”nı keçirəcəkdir.

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyindən Teleqraf.com-a verilən məlumata görə, konfransın keçirilməsində məqsəd Azərbaycanın turizm bölgəsi kimi təqdim etməklə bərabər, qarşıdan gələn 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində turist axınını stimullaşdırmaq məqsədi ilə təbliğat aparmaqdır.

Qeyd edək ki, konfransda Azərbaycan Prespublikasının Prezindent Administrasiyasının, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və MDB ölkələrinin turizm operatorları və beynəlxalq turizm portalinin baş redaktorları iştirak edəcəklər.


Müəllif:

Oxşar xəbərlər